Modern.az

Ukrayna NATO-ya üzv olsa... - Bayden niyə “yox” deyir?

Ukrayna NATO-ya üzv olsa... - Bayden niyə “yox” deyir?

10 İyul 2023, 10:38

NATO ölkələri arasında Ukraynanın alyansa üzv olması haqqında yekdillik mövcud deyil.


Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden “CNN”ə müsahibəsində deyib.


“Mən düşünmürəm ki, hazırda, müharibənin ortasında Ukraynanın NATO ailəsinə qəbul edilib-edilməməsi ilə bağlı NATO-da yekdil fikir var”,- deyə Bayden bildirib. 


O, fikrini belə əsaslandırıb ki, Ukraynanın münaqişə bitməmiş NATO-ya daxil olması Alyansın Rusiya ilə müharibə vəziyyətində olması deməkdir.


"Biz rasional yol açmalıyıq ki, Ukrayna NATO-ya üzv olmaq iddiasında olsun. Amma hələlik mən hesab edirəm ki, səsverməyə çağırmaq tezdir. Çünki tələbləri, o cümlədən demokratikləşməni və bu kimi məsələlərin bəzilərini yerinə yetirmək lazımdır. ", - Bayden əlavə edib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi