Modern.az

Nazirlər Ukraynada mədəni irsin qorunması üçün hərəkətə keçdi

Nazirlər Ukraynada mədəni irsin qorunması üçün hərəkətə keçdi

Dünya

10 İyul 2023, 12:14

Ukrayna, Latviya, Polşa, Estoniya və Litvanın mədəniyyət nazirləri Ukraynanın Mədəni İrsin Qorunması üzrə Beynəlxalq Fondun yaradılması təşəbbüsü ilə çıxış ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

“Yaxın tərəfdaşlarımızla - mədəniyyət nazirləri ilə Latviya - Nauris Puntulis, Polşa - Petr Qlinski, Litva - Simonas Kairis, Estoniya - Haydi Purqa və YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə köməkçisi Ernesto Ottone ilə birlikdə Ukraynada mədəni irsin qorunmasına həsr olunmuş görüş keçirdik”, - Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko deyib.

 

Qeyd olunub ki, təşəbbüslə əlaqədar növbəti addımların atılması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu