Modern.az

Tanınmış rəssam məhbəsdə dünyasını dəyişdi

Tanınmış rəssam məhbəsdə dünyasını dəyişdi

Dünya

11 İyul 2023, 16:48

Belarusda tanınmış rəssam və ifaçı, siyasi məhbus hesab edilən Ales Puşkin vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı feysbuk səhifəsində yazıb.

 

"Ales Puşkin bu gecə reanimasiyada qeyri-müəyyən şəraitdə ölüb", - deyə o qeyd edib.

 

2022-ci il martın sonunda Puşkin bir qrup şəxs tərəfindən nasizmi reabilitasiya etmək hərəkətlərində və dövlət rəmzlərini təhqir etməkdə təqsirli bilinərək, ciddi rejimli həbsxanada 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

İstintaqın rəyinə görə, sənətçi “daimi əsaslarla qanunsuz hərəkətlərdə iştirak edib” və dövlət rəmzlərini təhqir edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu