Modern.az

Baydenlə görüşümüz çox məhsuldar keçdi - ƏRDOĞAN

Baydenlə görüşümüz çox məhsuldar keçdi - ƏRDOĞAN

Dünya

13 İyul 2023, 14:10

"Verilən sözlər həyata keçirilsə, biz də hərəkətə keçərik".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdən ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

 

"Avropa İttifaqına üzvlük prosesimizin yenidən canlandırılması ilə bağlı müsbət qənaət hakimdir. Türkiyə iqtisadiyyatının böyüməsinə təsir edəcək Gömrük İttifaqının yenilənməsi müzakirələrini də sürətləndirəcəyik. Baydenlə görüşümüz çox məhsuldar keçdi. F-16 satışı ilə əlaqədar həm özü, həm də Blinken dedi ki, biz bu işin üstündəyik, izləyirik", - o qeyd edib.

 

Ərdoğan İsveçin NATO-ya üzvlük prosesini də müsbət qiymətləndirib.

 

Türkiyə dövlət başçısı əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə yanğınların söndürülməsi üçün amfibiya təyyarələrinin alınmasını müzakirə etmək niyyətindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu