ABŞ Rusiyada və ya digər ölkələrdə həbsdə qalan amerikalıların azad edilməsi üçün mümkün olan hər şeyi etmək niyyətində niyyətindədir.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O qeyd edib ki, Rusiya ilə məhbus mübadiləsi üçün lazımi hazırlıqlar artıq başlayıb.
“Mən məhbus mübadiləsinə ciddi yanaşıram. Mən Rusiyada və ya başqa yerlərdə qeyri-qanuni saxlanılan amerikalıları azad etmək üçün əlimizdən gələni etmək niyyətindəyəm. Və bu proses davam edir”, - deyə Bayden bildirib.
Bundan əvvəl iyulun 4-də Kreml məhbusların mübadiləsi ilə bağlı Vaşinqtonla təmasların olduğunu təsdiqləyib.