Modern.az

Qallant Azərbaycanla əlaqələrin önəmindən YAZDI

Qallant Azərbaycanla əlaqələrin önəmindən YAZDI

14 İyul 2023, 10:44

İsrailin müdafiə naziri Yoav Qallant ölkəsinin Azərbaycanla əlaqələrinin önəmini vurğulayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

 

"Fərqli sahələrdə əməkdaşlıq edərkən güclü əlaqəmizi və qalıcı dostluğumuzu daha da dərinləşdirməklə bağlı anlaşdıq. Müdafiə sahəsindəki əlaqələrimiz hər iki ölkənin təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir", - nazir vurğulayıb.

 

Qeyd edək ki, Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşlər keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu