Modern.az

Ukraynanın taxıl bazarındakı rolu - RƏQƏMLƏR

Ukraynanın taxıl bazarındakı rolu - RƏQƏMLƏR

Dünya

18 İyul 2023, 17:34

Ukrayna taxıl məhsullarına qlobal tələbatın ödənilməsində mühüm rol oynayır.

 

Modern.az xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzinin məlumatına görə, 2022-ci ildə 90 ölkə Ukraynada taxıl alıb.

 

Ukrayna ixracının əhəmiyyətli hissəsi qonşu Rumıniyaya (13%), həmçinin İspaniyaya (10,3%), Misirə (7,8%), Polşaya (5,2%) və Əlcəzairə (4,3%) düşüb. Əsas alıcılar arasında Türkiyə və Çin də var.

 

Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından sonra taxıl sövdələşmə çərçivəsində dünya bazarlarına Qara dənizdəki humanitar dəhliz vasitəsilə, eləcə də Avropa İttifaqı ölkələrinin təşkil etdiyi xüsusi “həmrəylik dəhlizləri” vasitəsilə çatdırılıb.

 

2023-cü ilin mart ayının sonuna olan məlumata görə, qonşu ölkələr vasitəsilə quru yolu ilə 29 milyon ton ərzaq ixrac edilib. 2022-ci ilin avqustundan 2023-cü ilin iyuluna qədər qüvvədə olan taxıl müqaviləsi çərçivəsində dəniz yolu ilə 32,9 milyon ton taxıl ixrac olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri