Modern.az

Ukrayna F-16 əldə edəcək - ABŞ dövlət katibi

Ukrayna F-16 əldə edəcək - ABŞ dövlət katibi

Dünya

23 İyul 2023, 18:41

Ukrayna F-16 qırıcılarını əldə edəcək, lakin onların tədarükü bir neçə ay çəkəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib.

 

Həmçinin, onun sözlərinə görə, Kiyev işğal edilmiş ərazilərin 50 %-ni azad edə bilib.

 

“Bu hələ əks-hücumun nisbətən erkən mərhələsidir. Çətindir və həlli bir-iki həftəyə olmayacaq. Bunun bir neçə ay çəkəcəyini təxmin edirəm”, - diplomat qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var