Modern.az

Hesabı ödəməyən müştəri cinsi zorakılığa məruz qaldı

Hesabı ödəməyən müştəri cinsi zorakılığa məruz qaldı

Dünya

5 Avqust 2023, 15:25

Hindistanın Dehli şəhərində bir müştəri restoranın mühafizəçiləri tərəfindən cinsi zorakılığa məruz qalıb və qarət edilib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, polis hadisəyə səbəb kimi müştərinin hesabı ödəməkdən imtina etməsini göstərib.

 

Zərərçəkmiş  tanış olduğu qadınla restorana gedib. Lakin hesabı ödəmədən imtina edib. Restoran rəhbərliyi vəziyyəti həll etmək üçün mühafizəçiləri çağırıb və mühafizəçilər zərərçəkənə hücum ediblər.

 

Restoran mühafizəçiləri müştərinin döyülməsini və cinsi zorakılığa məruz qalmasını lentə alıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...