Modern.az

Türk ordusu 3 terrorçunu zərərsizləşdirdi

Türk ordusu 3 terrorçunu zərərsizləşdirdi

5 Avqust 2023, 16:51

Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda terrorçulara qarşı əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

 

Pilotsuz uçuş aparatları (PUA) tərəfindən aşkarlanan terrorçular Hərbi Hava Qüvvələri Komandanlığının F-16 və ATAK helikopterləri ilə atəşə tutulub.

 

Əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!