Modern.az

Kiyevi “F-16” ilə silahlandırın - Kulebadan çağırış

Kiyevi “F-16” ilə silahlandırın - Kulebadan çağırış

6 Avqust 2023, 09:15

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba axşam saatlarında Rusiyadan atılan raket hücumuna reaksiya verib. O, tərəfdaşları Ukraynanı “F-16” qırıcıları ilə silahlandırmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

 

“Bu şənbə günü Rusiya Ukraynaya növbəti raket zərbəsi endirib. Rusiya dayandırılmayana qədər durmayacaq”, - o deyib.

 

Kuleba dünyanın ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməli olduğunu vurğulayıb:

 

“Qlobal birlik ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməlidir: Ukraynanı, o cümlədən səmanı bağlamaq üçün Kiyevi “F-16”larla silahlandırmalı və Ukrayna sülh formulu həyata keçirməlidir” - nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi