Ukrayna ətrafında ədalətli nizamlanma Kiyev hərbi əməliyyatları dayandıracağı halda mümkündür.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
“Biz əminik ki, həqiqətən hərtərəfli, davamlı və ədalətli nizamlanma yalnız Kiyev rejimi hərbi əməliyyatları və terror aktlarını dayandırsa və Qərb himayədarları onun ordusunu silahla təchiz etməkdən əl çəksə, mümkün ola bilər”, - diplomat bildirib.
Onun sözlərinə görə, Ukraynanın suverenliyinin ilkin əsasları təsdiq edilməlidir - onun neytral, bloklara qoşulmaması və nüvəsiz statusu qorunub saxlanılmalıdır.