Modern.az

Şəhidlərin qisası alındı - 4 terrorçu məhv edildi

Şəhidlərin qisası alındı - 4 terrorçu məhv edildi

Dünya

10 Avqust 2023, 17:16

Türkiyə Ordusu İraqın şimalında “Pəncə-Kilid” əməliyyatına davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, əməliyyat bölgəsində PKK terror qruplaşmasının 4 üzvü məhv edilib.

 

"Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq!", - Nazirlik bildirib.

 

Qeyd edək ki, Türkiyə Ordusu sözügedən ərazidə son iki gündə 6 şəhid verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi