Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəisi general-polkovnik Anatoli Sidorov təşkilatın daha da genişləndirilməsini istisna etməyib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, o, BRICS kimi müşahidəçilər siyahısının artırılmasından danışıb.
“Biz prinsipcə Latın Amerikası, Afrika və digər qitələrdən tərəfdaşlar və müşahidəçilər olarsa, qəbul etməyə hazırıq. Dövlət başçıları qərar verdi və BRICS 6 dövlət artdı. Eyni şey KTMT-də də baş verə bilər”, - deyə Sidorov bildirib.
Hazırda KTMT-yə bu dövlət daxildir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.