Modern.az

Fidan niderlandlı həmkarı ilə Quranı müzakirə etdi

Fidan niderlandlı həmkarı ilə Quranı müzakirə etdi

18 Sentyabr 2023, 20:53

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı “Türkevi”ndə niderlandlı həmkarı Hanke Bruins Slotla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, görüş zamanı ikitərəfli əlaqələr, NATO-nun genişlənməsi, Ukraynada baş verən son hadisələr və Niderlandda "Qurani-Kərim"in yandırılması kimi məsələlər müzakirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi