Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 28-29 sentyabr 2023-cü il tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
Berlində Tokayev kansler Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə danışıqlar aparacaq. Qazaxıstan lideri Mərkəzi Asiya və Almaniya dövlət başçılarının görüşündə də iştirak etməyi planlaşdırır.
Bundan əlavə, səfər proqramına prezidentin Berlin Qlobal Dialoq Beynəlxalq Forumunda çıxışı və Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər daxildir.