Modern.az

Keçmiş nazir vəfat etdi

Keçmiş nazir vəfat etdi

25 Sentyabr 2023, 12:04

Rusiyalı iqtisadçı alim, Rusiya Federasiyasının keçmiş iqtisadiyyat naziri və Ali İqtisadiyyat Məktəbinin yaradıcılarından biri Yevgeni Yasin vəfat edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 89 yaşında ölüb.

 

Yasin 1934-cü il mayın 7-də Odessada anadan olub. O, 1990-cı illərin əvvəllərindəki islahatların ideoloqlarından biri, Yeqor Qaydar və Anatoli Çubaysın müttəfiqi olub. Yasin həm də SSRİ-nin bazar iqtisadiyyatına keçidi üçün "500 gün" proqramının hazırlanmasında iştirak edib.

 

Yasin 1998-ci ilin oktyabrından 2021-ci ilə kimi Ali İqtisadiyyat Məktəbinin rəhbərliyində olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi