Odessaya dron və raket hücumu olub - FOTOLAR

Odessaya dron və raket hücumu olub - FOTOLAR

25 Sentyabr 2023, 13:18

Rusiya silahlı qüvvələri sentyabrın 25-nə keçən gecə müxtəlif tipli raketlər və kamikadze dronları ilə Ukrayna şəhərlərinə hücum ediblər. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan olunub.

 

Modern.az xəbər verir ki, Rusiya ordusunun hücumları nəticəsində Odessa və Krivoy-Roq şəhərlərində dağıntılar qeydə alınıb, yaralananlar var.

 

Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Ukrayna ərazisinə ümumilikdə 19 “Şahed”, 12 “Kalibr” raketi və 2 “Oniks” raketi atılıb. Ölkənin hava hücumundan müdafiə sistemləri düşmənin bütün pilotsuz zərbə təyyarələrini, həmçinin 11 “Kalibr” raketini məhv edib.

 

Odessanın liman infrastrukturu Rusiya silahlı qüvvələrinin xüsusi hücumuna məruz qalıb. “Oniks” raketləri taxıl anbarlarına ciddi ziyan vurub. Eyni zamanda, şəhərdəki bir neçə ildir fəaliyyət göstərməyən vağzal mehmanxanasının binasında yanğın baş verib. Odessa dəniz vağzalında yerləşən məşhur "Odessa" hotelinə və dəniz terminalına da ciddi ziyan dəydiyi bildirilir. Ərazidəki anbarda və fərdi yaşayış evlərinin birində dağıntılar olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır