Modern.az

Lavrov yenidən Paşinyana söz atdı: ABŞ-a arxalananlar...

Lavrov yenidən Paşinyana söz atdı: ABŞ-a arxalananlar...

Dünya

27 Sentyabr 2023, 20:14

Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib.

 

O qeyd edib ki, Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur. Lavrovun sözlərinə görə, tarixi, çoğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil:

 

"İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə bəslənirlər. Onlar bunu birbaşa deyirlər. Bu cür məna daşıyan fikirlər Baş nazir Nikol Paşinyanın çıxışında da olub. Əgər onlar ABŞ-a arxalanırlarsa, yəqin ki, onlar müasir tarixə baxmalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi