Modern.az

Mişel Əliyev və Paşinyanla görüşmək istəyir 

Mişel Əliyev və Paşinyanla görüşmək istəyir 

Dünya

4 Oktyabr 2023, 00:54

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında hələ də görüş təşkil etməyə çalışır.

 

Modern.az xəbər verir ki, bunu təşkilatın yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, hazırda görüş haqqında danışmaq tezdir.

 

"Sabah axşama qədər aydın olacaq”, - diplomat deyib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı Bakı-İrəvan münasibətlərinin normallaşmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa İttifaqı Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etmək istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi