"Playboy" jurnalı HƏMAS-ı dəstəklədiyinə görə Livan əsilli amerikalı porno-aktrisa Mia Xəlifə ilə münasibətlərini kəsib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, "Playboy" ilə yanaşı, onunla müqaviləni "Red Light Holland" da ləğv edib.
Həmçinin media onun "OnlyFans"da hesabının bloklandığını yazıb. Porno-aktrisa 5 milyonluq auditoriyası olan X səhifəsində dəfələrlə HƏMAS-ın həyata keçirdiyi adam oğurluğu və zərbələrə dəstək verib. O, HƏMAS-ı yayılan videoları rahat izləmək üçün üfüqi şəkildə çəkiliş aparmağa çağırıb.
Bundan əlavə, o, israillilərin öldürülməsini lağa qoyub və belə yazıb: "İsrail "Gucci" köynəklərindəki partizanlar tərəfindən məhv edilir”.
Qeyd edək ki, Mia Xəlifə 44 günlük müharibədə Ermənistanı dəstəkləyən paylaşımlar edirdi.