Modern.az

İlin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırıq - PAŞİNYAN

İlin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırıq - PAŞİNYAN

Dünya

17 Oktyabr 2023, 14:30

"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən söyləyib.

 

"Oktyabrda Qranadada münasibətlərin normallaşdırılması üçün danışıqlarda irəliləyiş ehtimalı var idi", - o bildirib.

 

"İrəvan Bakının Sovet Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyasına başlamağa razılıq verməsini gözləyir. Biz suverenlik prinsipi əsasında regional nəqliyyat kommunikasiyalarını açmağa və öz ərazimizdə təhlükəsizliyi təmin etməyə hazırıq", - deyə o qeyd edib.

 

Paşinyan deyib ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırdır.

 

Paşinyan çıxışında Brüsseldəki terror aktı qurbanlarının ailələrinə başsağlığı verib və hadisəni pisləyib.

 

Qeyd edək ki, ötən gecə İŞİD-çi olduğu güman edilən şəxs futbol üzrə İsveç milli komandasının 2 azarkeşini güllələyib. Daha sonra atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

 

Xatırladaq ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu.

 

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda rəsmi Bakının bu formatda danışıqlarda iştiraka lüzum görmədiyi açıqlanıb.

 

Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib. Görüş Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli formatda baş tutub.

Bu xəbər ilə bağlı
Paşinyan Strasburqda nələr DANIŞDI?
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza