Modern.az

Fransa müdafiə naziri erməni həmkarı ilə müzakirələr aparacaq

Fransa müdafiə naziri erməni həmkarı ilə müzakirələr aparacaq

Dünya

17 Oktyabr 2023, 16:54

Fransanın müdafiə naziri Sebastian Lekornyu gələn həftə erməni həmkarı Suren Papikyan ilə əlaqə saxlayacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Oliviye Dekotini X-də yazıb.

 

O bildirib ki, məqsəd əməliyyat və konkret fəaliyyətin nəticələrini ümumiləşdirməklə əlaqədardır.

 

"Fransa Ermənistanın yanındadır", - deyə səfir nazirdən sitat gətirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi