Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüş Paris şəhərində baş tutub. Paşinyan Emənistan-Azərbaycan sülh prosesində ABŞ-ın rolunu xüsusi vurğulayıb.
2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşlərdə razılaşdırılmış prinsiplər əsasında sülh prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb.