Modern.az

\"Girovların qaytarılması ilə bağlı irəliləyiş əldə edilib\" - Netanyahu

\

21 Noyabr 2023, 17:57

HAMAS tərəfindən saxlanılan girovların geri qaytarılması ilə bağlı irəliləyiş əldə olunur.

 

Modern.az "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərlə görüşündə bildirib.

 

"Bunu şişirtməyəcəyəm, amma ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Biz həm şimalda, həm də cənubda təhlükəsizliyi bərpa edəcəyik. Bütün əsgərlərə ürəkdən təşəkkür edirəm", - o deyib.

 

Xatırladaq ki, oktyabrın 7-də HAMAS İsrailin cənubuna gözlənilməz hücumu zamanı 240-dan çox israillini girov götürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri