Modern.az

Erməni spiker də KTMT toplantısına qatılmaqdan imtina etdi

Erməni spiker də KTMT toplantısına qatılmaqdan imtina etdi

Dünya

22 Noyabr 2023, 12:32

Ermənistan parlamentinin spikeri Alen Simonyan da dekabrda keçiriləcək KTMT tədbirində iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının iclası zamanı məlumat verilib.

 

Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan, XİN başçısı Ararat Mirzoyan, TŞ katibi Armen Qriqoryan da oxşar qərar vermişdilər.

 

Digər Ermənistan rəsmilərinin də analoji addımları ilə rəsmi İrəvanın tədricən KTMT-dən uzaqlaşmaq siyasəti yürütdüyü müşahidə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək