Modern.az

Rusiyada "qadınları aborta sövq etmək" QADAĞAN OLUNDU

Rusiyada

Dünya

8 Dekabr 2023, 17:36

Rusiyanın Kursk vilayətində "qadınları aborta sövq etmək" qadağan edilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Regional Dumanın deputatları vilayət qubernatoru Roman Starovoit tərəfindən baxılmaq üçün təqdim olunan qanun layihəsini qəbul ediblər.

 

Kursk vilayətinin səhiyyə naziri Yekaterina Pismennaya qeyd edib ki, qanun layihəsi abort və uşaqsız həyat tərzinin təbliğini, məsələn, sosial şəbəkələrdə bu barədə aqressiv məlumatların yayılmasını qadağan edir.

 

Qadağanın pozulmasına görə cərimə vətəndaşlar üçün 3 min rubldan 5 min rubla qədər, vəzifəli şəxslər üçün 10 mindən 20 min rubla qədər, hüquqi şəxslər qanun pozuntusuna görə 30 min rubldan 50 min rubla qədər ödəyəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi