"ABŞ tərəfində Şimali Koreyanın Rusiyaya 1000 konteynerdən çox hərbi texnika və sursat tədarük etdiyi barədə peyk görüntüləri ilə təsdiqlənmiş məlumat var".
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.
"Biz hesab edirik ki, Pxenyan sursat müqabilində Rusiyadan digər hərbi texnologiyalar almaq istəyir", - deyə o qeyd edib.
Xatırladaq ki, bununla bağlı daha əvvəl də müxtəlif məlumatlar yayılmışdı.