Modern.az

Kissincerdən Deniz Baykala: 2023-cü ildə həyatla vidalaşan dünya MƏŞHURLARI

Kissincerdən Deniz Baykala: 2023-cü ildə həyatla vidalaşan dünya MƏŞHURLARI

Dünya

26 Dekabr 2023, 16:38

2023-cü il bir çox baxımdan yaddaqalan hadisələrlə zəngin oldu. Hər il olduğu kimi, geridə qoymağa hazırlaşdığımız bu ildə də çoxlu ölümlər yaşandı.

 

Modern.az 2023-cü ildə həyatla vidalaşan dünya məşhurlarını bir materialda toplamağa çalışıb.

 

Çeçen əsilli rusiyalı iqtisadçı və siyasi xadim Ruslan Xasbulatov 3 yanvarda 80 yaşında vəfat edib.

 

 

İsveçrəli fizik, Nobel mükafatı laureatı Aleks Müller 9 yanvarda 95 yaşında dünyadan gedib.

 

 

Sonuncu Yunanıstan kralı olmuş II Konstantin 10 yanvarda 82 yaşında həyatla vidalaşıb.

 

 

Ukraynanın daxili işlər naziri Denis Monastırski 18 yanvarda təyyarə qəzasına düşərək 42 yaşında həlak olub.

 

 

Sabiq Misir baş naziri Şərif İsmayıl fevralın 4-də 68 yaşında dünyasını dəyişib.

 

 

Pakistanın eks-prezidenti Pərviz Müşərrəf 5 fevralda 79 yaşında vəfat edib.

 

 

RSFSR-in son hökumət başçısı İvan Silayev 8 fevralda 92 yaşında ölüb.

 

 

Qazaxıstanın ilk baş naziri Sergey Tereşçenko 10 fevralda 71 yaşında həyatını itirib.

 

 

CHP-nin sabiq sədri, Türkiyənin keçmiş XİN başçısı və baş nazir müavini Deniz Baykal 11 fevralda 84 yaşında dünyasını dəyişib.

 

 

Amerikalı məşhur müğənni Tina Törnr 24 mayda 83 yaşında dünya ilə vidalaşıb.

 

 

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 12 iyunda 86 yaşında gözlərini əbədi yumub.

 

 

Türkiyəli tanınmış rok ifaçısı Erkin Koray 7 avqustda 82 yaşında vəfat edib.

 

 

Bosniya və Herseqovinanın sabiq prezidentlərindən biri Beriz Belkiç 16 avqustda 76 yaşında dünyasını dəyişib.

 

 

Rusiyanın "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin (62 yaş) və muzdluların komandiri Dmitri Utkin (53 yaş) 23 avqustda müəmmalı təyyarə qəzasında ölüblər.

 

 

Tanınmış türkiyəli jurnalist Hıfzı Topuz 26 sentyabrda 100 yaşında dünyadan köçüb.

 

 

İordaniyanın keçmiş baş naziri Məruf Bahit 7 oktyabrda 76 yaşında vəfat edib.

 

 

Macarıstanın sabiq prezidenti Laslo Solyom 8 oktyabrda 81 yaşında həyatdan gedib.

 

 

Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari 16 oktyabrda 86 yaşında dünya ilə vidalaşıb.

 

 

Alman filosof və yazıçı Hans Albert 24 oktyabrda 102 yaşında gözlərini yumub.

 

 

Tanınmış türkiyəli hüquqşünası Erqun Özbudun 1 noyabrda 86 yaşında vəfat edib.

 

 

ABŞ-ın keçmiş dövlət katibi, eks-prezidentlərin müşaviri olmuş Henri Kissincer 29 noyabrda 100 yaşında dünyasını dəyişib.

 

 

Məşhur türk aktyor Can Gürzap 1 dekabrda 79 yaşında həyatla vidalaşıb.

 

 

Türkiyə parlamentinin deputatı Hasan Bitmez Məclis tribunasında çıxış edərkən qəfil halı pisləşib və yerə yıxılıb. O, 14 dekabrda 53 yaşında xəstəxanada həyatını itirib.

 

 

Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 16 dekabrda 86 yaşında vəfat edib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə