Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı 500 min ukraynalının səfərbər edilməsi planları ilə bağlı bəyanatları şərh edib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl prezident Volodimir Zelenski və Ali Radadakı hakim fraksiyanın rəhbəri David Araxamiya belə planlar barədə danışıblar.
Zalujnı telemarafon zamanı qeyd edib ki, hərbi komandanlıq heç bir rəqəm üçün hakimiyyətə bir dəfə də olsun müraciət etməyib. Onun sözlərinə görə, Baş Qərargah mütəmadi olaraq sorğular hazırlayır: "Lakin biz Nazirlər Kabinetinə və ya Ali Radaya belə sorğular göndərmirik”.
“Bu rəqəmə gəlincə, biz onu gələn il üçün formalaşdırmışıq. Bu, təbii ki, hazırkı komplektin əhatə dairəsini, yeni hərbi hissələrin formalaşdırılmasını, həmçinin 2024-cü ildəki itkilərimizi proqnozlaşdırır. Bu göstəricilərin hər biri ilə bağlı rəqəmlər deyə bilmərəm. Bu, hərbi sirrdir”, - Zalujnı əlavə edib.