Modern.az

Eks-prezidentdən Putinə xəritəli cavab: Narahat olma!

Eks-prezidentdən Putinə xəritəli cavab: Narahat olma!

Dünya

12 Fevral 2024, 15:40

Monqolustanın sabiq prezidenti Tsaxiaqiyn Elbeqdorj rusiyalı həmkarı Vladimir Putinin müsahibəsindən sonra XIII əsrin tarixi xəritələrini dərc edib.

 

Modern.az xəbər verir ki, eks-prezident rəsmi X səhifəsində paylaşım edib.

 

“Putinin müsahibəsindən sonra. Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olma. Biz sülhsevər və azad xalqıq”, - Tsaxiaqiyn Elbeqdorj yazıb.

 

Qeyd edək ki, Putin müsahibəsi zamanı tarixlə bağlı bir sıra birmənalı olmayan fikirlər səsləndirmişdi.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi