Modern.az

Ermənistandakı Rusiya sərhədçiləri Aİ missiyasını bu kəndə buraxmırlar

Ermənistandakı Rusiya sərhədçiləri Aİ missiyasını bu kəndə buraxmırlar

Dünya

21 Fevral 2024, 16:42

"Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Nerkin Hand kəndinə buraxmırlar".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

 

“Həqiqətən belə bir problem var. Bu problemlə bağlı bizə məlumat verilib və onu (Rusiya tərəfinin - red.) diqqətinə çatdıracağıq”, - Qriqoryan jurnalistlərə bildirib.

 

Təhlükəsizlik Şurasının katibi aydınlaşdırıb ki, bu, Ermənistan-Azərbaycan sərhədinin yeganə hissəsidir ki, Rusiya sərhədçiləri Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrinə daxil olmasına icazə vermirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi