Modern.az

Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzaladı

Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzaladı

Dünya

23 Fevral 2024, 16:44

Ukrayna və Danimarka arasında təhlükəsizlik sazişi bağlanıb.

 

Modern.az xəbər verir ki, sənədi Ukrayna Prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen imzalayıb.

 

Bildirilib ki, Kopenhagen Kiyevə qırıcı təyyarələrin, döyüş sursatlarının, təlimçilərin göndərilməsini dəstəkləyəcək. 2024-cü ildə Danimarkanın hərbi dəstəyi azı 1,8 milyard avro olacaq.

 

Danimarka “Böyük Yeddilik” qrupundan kənarda Ukrayna ilə bu sazişi bağlayan ilk ölkədir.

 

Qeyd edək ki, fevralın 22-də Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan etmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi