Modern.az

Belarus XİN Paşinyana cavab verdi: Müsahibəsini gördük...

Belarus XİN Paşinyana cavab verdi: Müsahibəsini gördük...

Dünya

23 Fevral 2024, 17:20

Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak məsələsi ilə bağlı Ermənistandan heç bir bildiriş almayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz ölkənin rəsmi BelTA agentliyinə bildirib.

 

"Biz Ermənistanın baş naziri Nikol Paşinyanın "France 24" telekanalına müsahibəsini gördük və onun bizim tərəfimizdən hər hansı şərhə ehtiyacı olduğunu düşünmürük. Bizim erməni həmkarlarımızla normal təmaslarımız var", - Qlaz deyib.

 

Qlaz qeyd edib ki, Minsk gələcəkdə cari məsələlərin bütün spektri üzrə İrəvanla konstruktiv əməkdaşlığa ümid edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi