Modern.az

Ursula fon der Leyen Kiyevə səfər edəcək 

Ursula fon der Leyen Kiyevə səfər edəcək 

Dünya

23 Fevral 2024, 22:36

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen və Belçikanın baş naziri Aleksandr de Kroo Ukraynaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Politco" qəzeti yazıb.

 

Səfər sabah, Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasının ikinci ildönümü günü baş tutacaq.

 

Məlumata görə, səfər zamanı Ursula fon der Leyen Ukraynaya dəstəyini və Avropa İttifaqının bu ölkəyə yardımını davam etdirəcəyini vurğulayacaq.

 

Qeyd edək ki, İtaliyanın baş naziri Giorgia Meloni də fevralın 24-də Kiyevə səfərini açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi