ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Ağ Evdə Konqres liderləri ilə görüşüb.
Modern.az xəbər verir ki, ABŞ Senatındakı demokrat çoxluğun lideri Çak Şumer bugünkü toplantını həyatının ən gərgin görüşlərindən biri adlandırıb.
Şumer deyib ki, o, Ukraynaya yardımın Birləşmiş Ştatlar üçün nə qədər həyati əhəmiyyət daşıdığını açıq şəkildə bildirib.
“Bir, iki və ya üç ay gözləyə bilmərik. Çünki bunu etsək, yəqin ki, müharibəni uduzacağıq”, - Şumer qeyd edib.