Modern.az

Bələdiyyə sədri seçkilərdəki vədini yerinə yetirdi - Küçələri maşınlara qapatdı...

Bələdiyyə sədri seçkilərdəki vədini yerinə yetirdi - Küçələri maşınlara qapatdı...

Dünya

19 Aprel 2024, 14:24

Türkiyənin İstanbul vilayətinin Şişli rayon bələdiyyəsi uşaqların dörd divardan çıxması üçün yaradılan əyləncəli oyun meydançalarında sosiallaşmasını və hər yaşda olan vətəndaşların istirahətini təmin etmək üçün "Bizim Küçə" layihəsinə start verib.

 

Modern.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, layihə çərçivəsində bələdiyyə ərazisində olan 5 küçə avtomobillər üçün bağlanacaq.

 

Belə ki, Mərkəz məhəlləsində Kazım Orbay küçəsi, 19 May məhəlləsində Baytar Hilmi küçəsi, Yayla məhəlləsində Sebahattin Delice küçəsi, Mecidiyeköy məhəlləsində Çağlar küçəsi və Mahmut Şevket Paşa məhəlləsində Aydın küçəsi nəqliyyata bağlanacaq.

 

Canlı seminarlar və küçə oyunları saat 11:00-da başlayacaq, müxtəlif tədbirlər saat 17:00-a qədər davam edəcək.

 

***

04.03.2024 / 12:16

 

Xəbər verdiyimiz kimi, Türkiyədə 31 mart tarixində yerli seçkilər keçiriləcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbulun Şişli rayon bələdiyyəsinin sədrliyinə namizədi Resul Emrah Şahan insan mərkəzli şəhər konsepsiyasına əsaslanan maraqlı seçki vədi verib.

 

Tanıtım toplantısı keçirən namizəd seçiləcəyi təqdirdə Şişlidə ayda 60 küçəni maşınlara bağlayacağını açıqlayıb.

 

"Şişlinin uşaqları təəssüf ki, yaşıdları ilə sosiallaşmadan tək böyüyürlər. Xaricdə nümunələrini gördüyümüz bir layihəyə xüsusi bir önəm verirəm. Hər həftəsonu 15 olmaqla, ayda ümumilikdə 60 küçədən nəqliyyat vasitələrinin keçməsini dayandıracağıq. Bu küçələri maşınlara bağlayaraq toplam 32 min kvadratmetr ərazini ictimai məkana çevirmək hədəfimiz var", - o bildirib.

 

Siyasətçi həmçinin 2.5 kilometrlik yeni velosiped və skuter yolu salınacağını vəd edib: "Şişli sadəcə burada yaşayanların deyil, çox sayda İstanbul sakininin də gün ərzində küçələrindən keçdiyi, işlədiyi bir mərkəzdir. Gecə və gündüz hərəkət edənlər arasındakı fərq təxminən 15 qatdır. Bu böyük fərqin yaratdığı nəqliyyat sıxlığını yüngülləşdirmək əsas məqsədimizdir. 2.5 kilometrlik velosiped və skuter inşa edəcəyik. Piyada və nəqliyyat vasitələri arasındakı tarazlığın təcrübə ediləcəyik yeni bir yanaşma ilə hərəkət edəcəyik".

Bu xəbər ilə bağlı
İnsan mərkəzli yaşayış mühiti nədir? - ARAŞDIRMA
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…