Modern.az

İYİ Partiyada İSTEFALAR

İYİ Partiyada İSTEFALAR

Dünya

4 Aprel 2024, 10:18

Türkiyədə 31 martda keçirilən yerli seçkilərdəki uğursuz nəticədən sonra İYİ Partiyada istefalar yaşanıb.

 

Modern.az xəbər verir ki, partiyanın İstanbul merliyinə namizədi Buğra Kavuncu X səhifəsində İYİ Partiyanın İstanbul vilayət təşkilatının sədrliyindən getdiyini açıqlayıb.

 

Həmçinin partiya sədrinin yerli özünüidarəetmə orqanları üzrə müavini Burak Akburak da X-də paylaşım edərək bu vəzifədən istefa verdiyini elan edib.

 

Hər iki siyasətçi partiyanın sıravi üzvü kimi qalıblar.

 

Qeyd edək ki, ötən seçkilərlə müqayisədə səsləri kəskin şəkildə azalan İYİ Partiya 6-cı yeri tutub. Partiya cəmi bir vilayətdə çoxluq əldə edərək Nevşehir bələdiyyəsini qazanıb. Növbədənkənar qurultaya gediləcəyi ilə bağlı açıqlama verilib.

Bu xəbər ilə bağlı
Türkiyədə ən az bələdiyyə qazanan SİYASİ PARTİYALAR
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi