Modern.az

Ərdoğandan seçki nəticələri ilə bağlı mesajlar: Lazımi dəyişiklikləri edəcəyik...

Ərdoğandan seçki nəticələri ilə bağlı mesajlar: Lazımi dəyişiklikləri edəcəyik...

17 Aprel 2024, 15:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 31 Mart seçkilərindən sonra partiyasının parlament fraksiyasının ilk toplantısını keçirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan toplantıda bir sıra dəyişikliklərin anonsunu verib.

 

O, özünütənqidin vacibliyini vurğulayıb: "Millətin tələb və tənqidləri istiqamətində təşkilatımız daxilində lazımi dəyişiklikləri edib yolumuza daha da güclü şəkildə davam edəcəyik".

 

"81 əyalətimizdə yalnız bir hökumət var, o da 14-28 may seçkiləri ilə millətin ölkəni idarə etmə vəzifəsini verdiyi prezident və kabinetidir. Seçkilər 40,5 faiz səslə Cümhur İttifaqının üstünlüyü ilə nəticələndi. 1400 bələdiyyənin 54,3 faizini bu ittifaq idarə edəcək. Hər kəs görsün və bilsin ki, biz bitdi deyənə qədər heç nə bitməyib. “Biz bu ölkənin ən dinamik partiyasıyıq, həyəcanımız ilk günkü kimi güclüdür", - o əlavə edib.

 

Bununla belə, Ərdoğan qeyd edib ki, millətin seçki qutusunda verdiyi mesajları düzgün oxumaq lazımdır və seçkinin nəticələrində aşağı fəallıq rol oynayıb.

 

Ərdoğan partiyanın səs itkisinin səbəbləri arasında əsas amillərdən biri kimi göstərilən inflyasiya ilə mübarizəyə də toxunaraq deyib: “İnşallah qarşıdakı 4 ildə inflyasiya ilə mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq. Artıq seçki olmayacaq”.

 

Qeyd edək ki, martın 31-də keçirilən yerli seçkilərdə AKP-nin ötən seçkilərlə müqayisədə səs faizi və qazandığı bələdiyyələrin sayı azalıb. Partiyanın 22 illik hakimiyyəti dövründə ilk dəfə seçki yarışı ikinci pillədə başa vurulub. Ali seçki Komissiyası (YSK) iştirak nisbətinin 78 faiz olduğunu elan edib.

Bu xəbər ilə bağlı
Seçkilərdə "əl dəyişdirən" vilayətlər - 29 bölgədə seçicilər qərarını dəyişib...
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü