Modern.az

Ukraynanı Rusiyanın qəddar ambisiyalarından qorumalıyıq - SUNAK

Ukraynanı Rusiyanın qəddar ambisiyalarından qorumalıyıq - SUNAK

Dünya

23 Aprel 2024, 14:11

London Ukraynaya böyük yardım paketi təqdim etməyə hazırlaşır.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Britaniya hökuməti Ukraynanı dəstəkləmək və Kiyevə 500 milyon funt-sterlinq (demək olar ki, 580 milyon avro) məbləğində hərbi yardım köçürmək niyyətindədir.

 

Baş nazir Rişi Sunakın bu gün Varşavaya səfəri zamanı bu barədə rəsmi açıqlama verəcəyi gözlənilir. Sunak Polşanın paytaxtında Polşanın baş naziri Donald Tusk və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək. Böyük Britaniyanın baş naziri daha sonra Almaniyaya gedəcək və Berlində kansler Olaf Şoltsla görüşəcək.

 

Hərbi yardım paketinə onlarla döyüş qayığı, yüzlərlə maşın, 1600-dən çox raket və milyonlarla patronun daxil olacağı gözlənilir.

 

“Ukraynanı Rusiyanın qəddar ambisiyalarından müdafiə etmək bizim təhlükəsizliyimiz və bütün Avropa üçün çox vacibdir. Əgər Putin bu fəth müharibəsində uğur qazansa, o, Polşa sərhədində dayanmayacaq”, - Rişi Sunak bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok