Modern.az

Rusiyaya sanksiya tətbiq edilməsi davam edəcək 

Rusiyaya sanksiya tətbiq edilməsi davam edəcək 

Dünya

23 Aprel 2024, 22:51

ABŞ Rusiyanın enerji sektoruna və əlaqədar infrastruktura qarşı sanksiyaları davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində enerji təhlükəsizliyinə dair konfransda bildirib.

 

“Biz vintləri sıxmağa və əsas enerji layihələrinin, eləcə də gələcək enerji layihələrinin və əlaqəli infrastrukturun inkişafında iştirak edən geniş şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”,- deyə o, bildirib.

 

Cefri Pyattın sözlərinə görə, məhdudiyyətlər, xüsusən, Rusiya Federasiyasının gələcək enerji layihələri üçün materialların və qabaqcıl texnologiyaların satın alınması ilə məşğul olan müəssisələrə təsir edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər