Modern.az

Gürcüstandakı aksiyalarda 20 nəfər saxlanılıb - ABŞ və Rusiya vətəndaşı...

Gürcüstandakı aksiyalarda 20 nəfər saxlanılıb - ABŞ və Rusiya vətəndaşı...

Dünya

13 May 2024, 09:48

Bu gecə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən etiraz aksiyasında 20 nəfər saxlanılıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, onların arasında üç əcnəbi var: bir Rusiya vətəndaşı və iki ABŞ vətəndaşı. Nazirlik bəyan edib ki, onların hamısı inzibati məcəllənin xırda xuliqanlıq və polisə tabe olmamaq maddələri ilə saxlanılıb.

 

Xatırladaq ki, Gürcüstanda qalmaqallı "xarici agentlər" qanununa etirazlar davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi