Modern.az

Rusiya səfiri İrəvana qayıtdı

Rusiya səfiri İrəvana qayıtdı

Dünya

10 İyun 2024, 23:49

Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

 

“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, - Qaluzin "RİA Novosti"yə açıqlamasında bildirib.

 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi ötən ay səfirin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi