Modern.az

Türkiyə deputatları Rusiyaya gedir

Türkiyə deputatları Rusiyaya gedir

14 İyun 2024, 14:58

Türkiyənin təbii qaz mərkəzinə çevrilməsi ilə bağlı bütün məsələlər 2024-cü ildə öz həllini tapa bilər.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Türkiyədə səfərdə olan Rusiya Dövlət Dumasının Energetika komitəsinin sədri Pavel Zavalnı bildirib.

 

O əlavə edib: “Zənnimcə, bütün qərarlar bu il qəbul ediləcək. Çünki prezidentlər tərəfindən tapşırıq verilib, hazırda bu istiqamətdə işlər davam edir”.

 

Zavalnı qeyd edib ki, bu mərkəzin yaradılmasında Rusiya və Türkiyə ilə yanaşı, həmçinin Avropa da maraqlıdır. Deputat əlavə edib: “Bu il qazın Ukrayna ərazisindən tranziti üzrə kontraktın müddəti başa çatır və Avropanın cari ehtiyaclarını təmin etmək məqsədilə “Türk axını” layihəsinin ikinci növbəsinin inşası üçün qaz mərkəzi lazımdır”.

 

Səfər çərçivəsində Rusiya parlamentariləri türkiyəli həmkarları ilə “Akkuyu” AES-in tikintisini də müzakirə ediblər. RF Dövlət Dumasının Energetika komitəsinin sədri Pavel Zavalnı bildirib ki, Türkiyə parlamentinin üzvləri ilə görüş əsnasında “Akkuyu” AES-ə və Rusiyada fəaliyyət göstərən türkiyəli mütəxəssislərin hazırlandığı analoji Novovoronejsk və Obninsk AES-lərə səfər etmək qərara alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var