Modern.az

Həcc ziyarətində 6 zəvvar istidən ÖLDÜ

Həcc ziyarətində 6 zəvvar istidən ÖLDÜ

16 İyun 2024, 17:37

Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, ölənlərin hamısı İordaniya vətəndaşıdır, hazırda nazirlik onların nəşilərinin vətənlərinə qaytarılması üçün Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə danışıqlar aparılır.

 

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək.

 

Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var