Modern.az

Paşinyanın aparat rəhbəri Aİ səfiri ilə görüşüb

Paşinyanın aparat rəhbəri Aİ səfiri ilə görüşüb

19 İyun 2024, 16:44

Ermənistanın Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri, xüsusilə Aİ-nin dəstəyi ilə həyata keçirilən proqramları müzakirə ediblər.

 

Cari il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi qarşılıqlı qeyd olunub.

 

"Tərəflər səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar", - məlumatda deyilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var