Modern.az

Ermənistanın Fransadan alacağı silahların sayı AÇIQLANDI 

Ermənistanın Fransadan alacağı silahların sayı AÇIQLANDI 

Dünya

19 İyun 2024, 18:22

Ermənistan Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya qurğuları sifariş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.

 

“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, - Buisson qeyd edib.

 

Xatırladaq ki, Fransadan Ermənistana "Sezar" silahlarının tədarükü barədə saziş imzalanıb.

 

"Sezar" özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Təmasda olmayan detonatorlar havada mərmi partlatmağa imkan verir. Yolda 80 km/saata, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var