Modern.az

Keçmiş baş nazir və müdafiə nazirinə CİNAYƏT İŞİ AÇILDI

Keçmiş baş nazir və müdafiə nazirinə CİNAYƏT İŞİ AÇILDI

Dünya

21 İyun 2024, 17:20

Slovakiyanın keçmiş baş naziri Eduard Heqer və keçmiş müdafiə naziri Yaroslav Nağıya qarşı cinayət işi açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

Qeyd olunub ki, buna səbəb Ukraynaya MiQ-29 təyyarələrinin verilməsi olub. Bunu Slovakiya Müdafiə Nazirliyinin dövlət katibi İqor Meliher deyib.

 

"Bu qərardan sonra Slovakiyanın səması müdafiəsiz qaldı və vətəndaşlar risk altında qaldı", - o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi