Modern.az

Gürcüstanda meşə yanğınları TƏHLÜKƏSİ

Gürcüstanda meşə yanğınları TƏHLÜKƏSİ

25 İyun 2024, 12:44

Gürcüstanda yüksək hava temperaturu səbəbindən meşə yanğınları riski artıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, meşə yanğınlarının qarşısının alınması və söndürülməsi üzrə operativ qərargah bu həftə Gürcüstanın şərqindəki Kaxeti bölgəsinin Siqnahi bələdiyyəsində fəaliyyətə başlayıb.

 

Həmin rayonun Axmeta bələdiyyəsinin Omalo kəndində əlavə qüvvələr cəmlənib: yanğınsöndürmə və xilasetmə xidmətinin şəxsi heyəti və texnikası.

 

"Fövqəladə Hallar Xidməti hər kəsi vətəndaş məsuliyyətinə riayət etməyə, meşə və əkin sahələrinə yaxın yerlərdə od yandırmamağa, piknik zamanı yanğınları nəzarətsiz qoymamağa çağırır", - deyə qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?