Modern.az

Bölgələrin parlamentdə təmsilçiliyi üzrə deputat yeri sayları DƏYİŞDİRİLİB

Bölgələrin parlamentdə təmsilçiliyi üzrə deputat yeri sayları DƏYİŞDİRİLİB

Dünya

27 İyun 2024, 17:46

Türkiyədə Ali Seçki Komissiyası (YSK) 2023-cü il əhali məlumatları çərçivəsində bəzi şəhərlərin deputat sayında dəyişiklik edib. 

 

Modern.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) 2023-cü il əhali məlumatlarına görə YSK tərəfindən hazırlanan 600 millət vəkilinin vilayətlərə görə bölgüsü "Resmi Gazete"də dərc olunub.

 

Bölgüyə əsasən, İstanbulda növbəti seçkilərdə seçiləcək deputatların sayı 98-dən 96-ya endirilib. Bundan başqa, Hatayda seçiləcək millət vəkillərinin sayı 11-dən 10-a, Kütahyada isə 5-dən 4-ə salınıb.

 

Deputatların sayı Bursada 20-dən 21-ə, Eskişəhərdə 6-dan 7-yə, Tunceli və Bayburtda 1-dən 2-yə qaldırılıb.

 

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri proporsional qaydada keçirilir və hər seçki dairəsində ayrı-ayrı partiya siyahıları üzrə mübarizə aparılır. Səslərin sayılması prosesində "D'Hondt" seçki sistemi tətbiq olunur.

 

Yeni bölgü ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

 

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?